Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1766774
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (22 yanvar 2022)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1614 yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 632 min 34 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 611 min 766 nəfər müalicə olunaraq sağalıb, 8597 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 11 min 671 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 846, bu günə qədər isə ümumilikdə 6 milyon 56 min 428 test icra olunub.

  Yanvarın 22-də Azərbaycanda 26 min 217 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyadan keçib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 791, “buster” doza ilə peyvənd olunanların sayı isə 20 min 805 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 791 min 254, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 212 min 82, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 727 min 150 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 852 min 22 nəfərdir.



Әlaqәli Xәbәrlәr