Ersin Tatar keçmişdə olduğu kimi federasiya danışıqlarına üz tutmayacaqlarını bildirib

Ersin Tatar Kıbrısda (Kipr) iki ayrı suveren bərabər dövlətin qəbulu ilə bağlı siyasət irəli sürdüklərini və keçmişdə olduğu kimi federasiya danışıqlarına üz tutmayacaqlarını bildirib.

1765691
Ersin Tatar keçmişdə olduğu kimi federasiya danışıqlarına üz tutmayacaqlarını bildirib

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti  (KKTC) Prezidenti Ersin Tatar Kıbrısda iki ayrı suveren bərabər dövlətin qəbulu ilə bağlı siyasət irəli sürdüklərini və keçmişdə olduğu kimi federasiya danışıqlarına üz tutmayacaqlarını bildirib.

Tatar mətbuata verdiyi açıqlamada Kıbrısda həll üçün hər zaman əməkdaşlıq tərəfdarı olduqlarını, Kıbrısda 60 ildir iki ayrı xalq və dövlətin olduğunu qeyd edib.

Dövlət başçısı "Türkiyənin tam dəstəyi ilə Kıbrısda iki ayrı suveren bərabər dövləti qəbul etmək siyasəti irəli sürdük ki, rəsmi danışıqlar prosesinə keçə bilək. Əvvəlki kimi federasiya danışıqlarına girməyəcəyik" ifadəsini işlədib.

Ersin Tatar Kıbrısda federal çərçivədə modelin 50 ildir müzakirə edildiyini və heç bir nəticə alına bilmədiyini vurğulayıb:

"BMT Baş Katibi Antonio Quterreş də görür ki, Kıbrısda iki bərabər suveren dövlət və bərabər beynəlxalq status prinsipləri qəbul edilmədən, ortaq zəmin olmayacaq və buna görə də rəsmi danışıqlar prosesi başlaya bilməz. Quterreş nə qədər də tərəfsiz mövqe tutsa da hazırda ümumi zəmin olmadığını təsdiqləməsi bizi qane edir. Bizim suverenliyimiz ən azı rumlar qədər qanunidir”. 
Tatar Rum tərəfinin tək suverenlik nöqtəsində israr etdiyini, rumların xəyalında Kıbrıs Türklərinin öz dövlətlərindən imtina edərək Rum dövlətinə çevrilən "Kıbrıs Respublikası"na inteqrasiya arzusunda olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr