Nursultan Nazarbayev etiraz aksiyalarından sonra ilk dәfә xalqa müraciәt edib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev yanvarın 2-də başlayan və 225 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarından  sonra ilk dəfə videomüraciәt yayımlayıb.

1764648
Nursultan Nazarbayev etiraz aksiyalarından sonra ilk dәfә xalqa müraciәt edib

 

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev yanvarın 2-də başlayan və 225 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarından  sonra ilk dəfə videomüraciәt yayımlayıb.

Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay şәxsi ‘‘Twitter’’ sәhifәsindә Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin videomüraciətini paylaşıb.

Nazarbayev paylaşımında  ​​ölkədə baş verənlərin şok tәsiri yaratdığını bildirib.

‘‘Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək. Bu hadisələr bir daha onu göstərir ki, müstəqillik göz bəbəyi kimi, xüsusilə diqqətli rəftar tələb edir. Baş verən faciə hamımız üçün dərs oldu’’,-deyә Nursultan Nazarbayev vurğulayıb.

O bildirib ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib və həmin vaxtdan təqaüdçüdür.

Nazarbayev deyib: ‘‘Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır".

Qazaxıstanın dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrildiyini deyən Nazarbayev vurğulayıb ki, bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir.

Nursultan Nazarbayev qeyd edib ki, biz dövlәt sәrhәdlәrini güclәndirdik.Birlikdә müstәqil Qazaxıstan dövlәtini qurduq.Bir sıra sahәdә sosial vә iqtisadi inkişafda ciddi nәticәlәr əldə etdik.Qazaxıstan dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrildi.

Qazaxıstanın birinci prezidenti həmçinin bildirib ki, ölkədə sabitlik, əmin-amanlıq həmişə mənim məqsədim olub. Biz hamımız bu əbədi dəyərləri yaşatmalıyıq. Biz böhrandan mütləq çıxacağıq və daha da güclənəcəyik. Prezident Kasım-Jomart Tokayev xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni islahat proqramı irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır.



Әlaqәli Xәbәrlәr