“Türkiyə-Azərbaycan münasibətləri bir modeldir”, R.Məmmədov

Paytaxt Ankarada Strateji Düşüncə İnstitutunda (SDE) "Türk Dövlətləri Təşkilatı və Azərbaycan" başlıqlı tədbirdə iştirak və çıxış edən Azərbaycanın səfiri deyib...

1763220
“Türkiyə-Azərbaycan münasibətləri bir modeldir”, R.Məmmədov

 

  Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə-Azərbaycan arasındakı əlaqələrin normal beynəlxalq münasibətlərdən daha irəli gedərək bir qardaşlığa söykəndiyini və bunun nümunəvi bir model olduğunu vurğulayıb.

  Paytaxt Ankarada Strateji Düşüncə İnstitutunda (SDE) "Türk Dövlətləri Təşkilatı və Azərbaycan" başlıqlı tədbirdə iştirak və çıxış edən Azərbaycanın səfiri deyib: “Azərbaycanın Türkiyə ilə olan əlaqələri normal beynəlxalq münasibətlərin üstündə olan qohumluq və qardaşlıq əlaqəsidir”.

  Azərbaycanın Türkiyə ilə birlikdə icra etdiyi layihələrə - Bakı-Tiflis-Ceyhan Neft Boru Xətti və Bakı-Tiflis-Qars Dəmiryolu nümunələrinə toxunan R.Məmmədov bildirib: “Azərbaycanın bu layihələri reallaşdırmasında Türkiyənin dəstəyi çox böyükdür. Hər dövlətin ehtiyacına görə olan bu layihələrlə Türkiyə heç bir dövlətə qarşı təhdid yaratmır, əksinə, yaradılan təhdidlərin qarşısına çıxır, Azərbaycan da eyni şəkildə. Ona görə də Türkiyə-Azərbaycan qardaşlığı bir modeldir.

  Azərbaycan Türkiyədə təkcə enerji sektoruna 19,5 milyard dollar sərmayə qoyub. Bəs Türkiyə Müdafiə Nazirliyinin müdafiə sənayesinin faydasını daha çox kim gördü? - Biz. Azərbaycan ordusu Türkiyə modeli üzərinə quruldu.

  Türk Dövlətləri Təşkilatı da digər bütün qurumlardan fərqli olaraq türk dövlətlərinin öz vətəndaşlarının istəyi ilə yaranıb.

  Qazaxıstandakı vəziyyətə gəlincə, bu ictimai problemlər xalqın daxili məsələləri idi. Amma bəziləri meydana gələn hadisələrdən öz məqsədləri üçün istifadə etmək istədi.

  Qazaxıstan və xalqı bundan sonra əslində daha güclənəcək”.



Әlaqәli Xәbәrlәr