Qazaxıstanda iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlandı

Qazaxıstanın Baş prokuroru Serik Şalabayev təşkil edilən mətbuat konfransında ölkədə zorakılıq hadisələri zamanı ölənlərin sayı ilə bağlı açıqlama verərək bildirib...

1763203
Qazaxıstanda iğtişaşlar zamanı ölən və yaralananların sayı açıqlandı

 

  Qazaxıstanda yanvarın əvvəlində baş vermiş iğtişaşlar zamanı ölən və yaralananların sayı məlum olub. Qazaxıstanda iğtişaşlar zamanı 4,5 mindən çox insan xəsarət alıb, 225 nəfər həyatını itirib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.

  Qazaxıstanın Baş prokuroru Serik Şalabayev təşkil edilən mətbuat konfransında ölkədə zorakılıq hadisələri zamanı ölənlərin sayı ilə bağlı açıqlama verərək bildirib: "Meyitxanalara 225 ölü təslim edilib. Onların 19-u polis və hərbi qüvvə əməkdaşlarıdır. 3393-ü yenə bu sahədən olmaqla ümumilikdə 4353 adam yaralanıb”.

  Qazaxıstan Səhiyyə Nazirliyinin sözçüsü Asel Artakşinova ölən 225 nəfərdən 175-inin yaralı olaraq gətirildikləri xəstəxanalarda həyatlarını itirdiklərini söyləyib.

  Xatırladaq ki, Qazaxıstanda 2 yanvarda mayeləşdirilmiş neft qazının (LPG) qiymətlərinin artırılması və sosial-iqtisadi vəziyyətin pisləşməsinə qarşı başlayan etiraz nümayişləri zorakılıq hadisələri ilə başa çatmışdı. Ölkə prezidenti Kasım Jomard Tokayev etirazlardan məsul tutduğu hökumətin istefasını qəbul etmişdi. Etirazların yayılmasına qarşı  3 böyük şəhər və 14 əyalətdə Fövqəladə Vəziyyət elan olunmuşdu. 11 yanvarda parlamentdəki çıxışında ölkə prezidenti Qazaxıstanda konstitusiya nizamının bərpa edildiyini bildirib.



Әlaqәli Xәbәrlәr