Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki...

1763378
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 yanvar 2022)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Covid-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

  Azərbaycanda indiyədək ümumilikdə 625 min 726 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 min 514 nəfər müalicə olunaraq sağalıb, 8521 nəfər həyatını dəyişib, aktiv xəstə sayı 8691 nəfərdir.

  Ölkədə son sutka ərzində 9 min 340, hazırkı dövrədək isə 6 milyon 6 min 500 test aparılıb.

  Yanvarın 16-da Azərbaycanda son sutkada koronavirus (Covid-19) əleyhinə 23 min 587 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2387, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 18 min 944 nəfərdir.

  Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 83, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 714 min 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 277 təşkil edir.



Әlaqәli Xәbәrlәr