Qazaxıstanda təhlükəsizlik tədbirləri artırılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda həyat Fövqəladə Vəziyyət şərtləri altında davam edir

1759269
Qazaxıstanda təhlükəsizlik tədbirləri artırılıb
kazakistan2.jpg
kazakistan1.jpg
kazakistan.jpg

 

  Qazaxıstanın paytaxtı Nur-Sultanda həyat Fövqəladə Vəziyyət şərtləri altında davam edir.

  Paytaxtda ölkə daxilində elan edilən "yüksək təhlükə həyəcanı" səbəbiylə təhlükəsizlik tədbirləri artırılıb. Şəhərdə başda Prezident Aparatı Akkorda olmaqla bütün rəsmi dövlət idarələri və ictimai qurumlar xüsusi hərbi hərəkat qüvvələri tərəfindən gecə-gündüz qorunur.

  Paytaxtın bütün giriş və çıxış yollarına polis nəzarət edir.

  Böyük ticarət və əyləncə mərkəzləri, kafe və restoranların əksəriyyəti bağlı, yalnız marketlər açıqdır.

  Bank və valyuta dəyişmə yerlərində internet kəsilməsi üzündən problem yaşanır. Ödəmələrdə nağd pula ehtiyac duyan şəhər sakinləri ATM-lər qarşısında uzun növbələr yaradıb.

  Saat 23.00 - 07.00 arası küçəyəçıxma qadağasının tətbiq olunduğu Nur-Sultana polis qüvvələri tərəfindən ciddi şəkildə nəzarət edilir.

  19 yanvara Fövqəladə Vəziyyət elan edilən şəhərdə hal-hazırda hər hansı bir qarşıdurma yoxdur və sabitlik müşahidə olunur.

  Xatırladaq ki, Qazaxıstanda 2 yanvarda maye yanacaq qiymətinin artırılmasıyla əlaqədar baş verən hadisələrdə aralarında başqa ölkə vətəndaşlarının da olduğu 4266 nəfər nəzarətə götürülüb.

  Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etdiyi iddialarının gerçəyi əks etdirmədiyi bildirilib. N.Nazarbayevin sözçüsü Aydos Ukibay “twitter” hesabından yazıb: “Nursultan Nazarbayev paytaxtdadır. Bir sıra müşavirələr keçirir, ölkə başçısı Kasım Jomard Tokayevlə birbaşa danışıqlar halındadır”.



Әlaqәli Xәbәrlәr