Almatı aeroportu yanvarın 9-dək işləməyəcək

Bir çox aviakompaniyalar təhlükəsizlik baxımından Qazaxıstana reysləri ləğv etsə də, Nur-Sultan aeroportu işləyir

1759179
Almatı aeroportu yanvarın 9-dək işləməyəcək

 

  Almatı şəhərindəki aeroport yanvarın 9-dək işləməyəcək.

  “Xabar-24” telekanalı xəbər verib ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb. Bundan əvvəl isə aeroportun fəaliyyətində yaranmış fasilənin yanvarın 7-si saat 21:00-dək davam edəcəyi bildirilmişdi.

  Xatırladaq ki, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında etirazçıların Almatı şəhərindəki aeroportu və beş təyyarəni ələ keçirdiklərini bildirmişdi. Sonradan təhlükəsizlik qüvvələrinin şəhərdə keçirdiyi xüsusi əməliyyat nəticəsində hava limanı üzərində nəzarət bərpa olunub. Həmçinin respublikada vəziyyətin gərginləşməsi səbəbindən Aktobe və Aktau aeroportlarının da fəaliyyəti dayandırılıb.

  Bir çox aviakompaniyalar təhlükəsizlik baxımından Qazaxıstana reysləri ləğv etsə də, Nur-Sultan aeroportu işləyir. “Xabar-24” telekanalının 7 yanvar gündüz saatlarında yaydığı xəbərə görə, aviakompaniyalar 100-dən çox reysi ləğv ediblər, daha 15-ə yaxın reys isə ləngiyir. Nur-Sultandan bir neçə yerli istiqamətə, habelə Dubay və Moskvaya uçuşlar bərpa olunub.



Әlaqәli Xәbәrlәr