Ersin Tatar: "Maraşın açılması mühüm bir siyasi addımdır"

Prezident Ersin Tatar KKTC sərhədləri daxilində olan və 46 ildən sonra 2020-ci ilin oktyabrında mərhələli açılış prosesinin başladığı Maraş bölgəsinin insan haqlarına uyğun şəkildə açıldığını bildirib.

1757164
Ersin Tatar: "Maraşın açılması mühüm bir siyasi addımdır"

Şimali  Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar KKTC sərhədləri daxilində olan və 46 ildən sonra 2020-ci ilin oktyabrında mərhələli açılış prosesinin başladığı Maraş bölgəsinin insan haqlarına uyğun şəkildə açıldığını bildirib. 

Prezident Tatar Daşınmaz Əmlak Komissiyasının (TMK) sədri Növber Ferit Veçi qəbul edib.

TMK-nın mühüm vəzifəsi olduğunu bildirən Tatar Kıbrıs Rum tərəfinin öz vətəndaşlarına “TMK-ya müraciət etməmələri” üçün təzyiq göstərməsinin doğru davranış olmadığını ifadə edib.

Maraşın Türkiyənin dəstəyi ilə insan hüquqlarına uyğun olaraq açıldığını və edilən tənzimləmələrin bütün dünya ilə paylaşıldığını vurğulayan Tatar “Müraciət olarsa TMK tərəfindən qiymətləndirmə aparılacağını bildirdik. Bölgə hərbi bölgədən mülkibölgəyv çevrilmişdir. Bununla bağlı fəaliyyətlərə də sürət qazandırılacaqdır" deyib. 

Prezident Tatar Maraşın açılmasının mühüm siyasi addım olduğunu qeyd edib.

KKTC-də 18 iyun 2019-cu il tarixdə keçirilən Nazirlər Kabinetinin iclasında 1974-cü ildən fəaliyyəti dayandırılan Maraşın açılması üçün addımların atılması və ekspert qrupu ilə elmi inventar araşdırmasının aparılması qərara alınıb.



Әlaqәli Xәbәrlәr