Tahsin Ərtoğruloğlu: "Adada iki ayrı dövlətin mövcudluğu əsasında siyasətdən tərəfik"
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Kıbrıs məsələsi ilə bağlı mətbuata açıqlama verib.

Tahsin Ərtoğruloğlu: "Adada iki ayrı dövlətin mövcudluğu əsasında siyasətdən tərəfik"
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türk tərəfi olaraq suveren bərabərlik və bərabər beynəlxalq statusda Adada iki ayrı dövlətin mövcudluğu əsasında siyasətdən tərəf olduqlarını bildirib.
Nazir Ərtoğruloğlu Kıbrıs məsələsi ilə bağlı mətbuata açıqlama verib.
Xarici siyasətlərinin əsas prinsipinin bərabər beynəlxalq statusunun olduğunu vurğulayan Ərtoğruloğlu “Adada iki dövlət var. “Bir ada, iki dövlət” reallığı üzə çıxmalıdır”deyib.
Ərtoğruloğlu BMT-nin Baş katibi Antonio Quterreşin çağırışı ilə 27-29 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində qeyri-rəsmi 5 BMT (Kıbrıs tərəfləri, həmçinin Türkiyə, Yunanıstan və İngiltərə) Kıbrıs konfransının keçirildiyini xatırladıb və zəmin olmadığı səbəbiylə 2-3 ay sonra yeni yığıncağa çağırışacağını qeyd edərək, yığıncağı bağladığını söyləyib.
Ərtoğruloğlu BMT baş katibinin aprel ayında Cenevrədə “2-3 gün sonra zəng edəcəyini” desə də, hələ də tərəflərə çağırış etmədiyini bildirərək, "BMT-nin baş katibi də bilir ki, Kıbrısda tərəflər arasında ortaq zəmin yoxdur. O, bunu bəyan etməmək üçün zaman qazanır" deyib.
BMT başda olmaqla dünyanın Kıbrıs məsələsinin reallıqlarına uyğun bir siyasət qəbul etdiyi andan etibarən “bir ada, iki dövlət” siyasətinin gündəmə gələcəyini qeyd edən Ərtoğruloğlu bunun qəbul edilməsindən sonra KKTC-nin tanınması barədə fəal siyasətə üz tuta biləcəklərini bildirib.
Әlaqәli Xәbәrlәr

İlham Əliyev: "TANAP və TAP layihələri genişləndirilməlidir"
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib.