6 Dekabr – Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günüdür

Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

1742811
6 Dekabr – Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçiləri Günüdür

 

  Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər.

  Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

  Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb.

  Rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə, 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda – köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Həmçinin 90-cı illərdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başlamış, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənmiş, Azərbaycanın internet seqmenti genişlənmişdir.

  Respublikada rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin kursunu davam etdirən ölkə prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur. 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanmışdır. Həmin ilin noyabrında illik “Bakutel” sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilmişdir. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.



Әlaqәli Xәbәrlәr