Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1742991
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 dekabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1787 nəfər müalicə olunaraq sağalıb, 1406 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 594 min 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 562 min 786 nəfər müalicə olunaraq sağalıb, 7947 nəfər həyatını dəyişib. Aktiv xəstə sayı 24 min 261 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 869, bu günə qədər isə ümumilikdə 5 milyon 591 min 270 test icra olunub.

  Qeyd edək ki, dekabrın 4-də Azərbaycanda 35 min 832 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 346, “buster” doza ilə peyvənd olunanların sayı isə 26 min 597 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 675 min 649, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 95 min 524, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 588 min 915 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 991 min 210 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr