Azərbaycanda “Avro-5” standartlarına uyğun dizel yanacağı istehsalı başlanır

Bu sözləri KİV-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib

1740624
Azərbaycanda “Avro-5” standartlarına uyğun dizel yanacağı istehsalı başlanır

 

  Azərbaycanda “Avro-5” standartlarına uyğun dizel yanacağı istehsalı başlanır

  “Bu yaxınlarda Heydər Əliyev adına Neft Emalı zavodunda artıq bir neçə köməkçi qurğular istismara veriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb”. Bu sözləri KİV-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. O qeyd edib ki, sonrakı mərhələdə - 2022-ci ildə dizelin təmizlənməsi qurğusu da istismara veriləcək: “Artıq növbəti ilin ortalarında Azərbaycanda “Avro-5” standartlarına cavab verən dizel yanacağının istehsalının başlanması nəzərdə tutulub. Bundan sonra 1 il ərzində mərhələli şəkildə digər qurğular da istismara verildikcə, istehsal olunan benzinin keyfiyyəti tədricən artırılacaq. 2023-cü ilin ortalarında benzinin keyfiyyəti “Avro-5” standartlarına tam uyğunlaşdırılacaq”.

  SOCAR rəsmisi nəzərə çatdırıb ki, zavodda hazırda “Aİ-92” benzini, eləcə də dizel və təyyarə yanacağı istehsal edilir. Gələcəkdə isə “Aİ-95” benzininin istehsalı nəzərdə tutulub. Çünki bu yanacaq məhsuluna tələbat artmaqdadır.



Әlaqәli Xәbәrlәr