Noyabrın 28-də Qırğızıstanda yeni parlament seçkiləri keçiriləcək

Ölkə üzrə 21 siyasi partiyanın iştirak edəcəyi və 287 müstəqil namizədin mübarizə aparacağı seçkilərdə 3 milyon 703 min 420 seçici səs verə biləcək.

1739258
Noyabrın 28-də Qırğızıstanda yeni parlament seçkiləri keçiriləcək

Noyabrın 28-də Qırğızıstanda yeni parlament seçkiləri keçiriləcək.

Ölkə üzrə 21 siyasi partiyanın iştirak edəcəyi və 287 müstəqil namizədin mübarizə aparacağı seçkilərdə 3 milyon 703 min 420 seçici səs verə biləcək.

Xaricdə yaşayan ölkə vətəndaşlarının eyni gündə səs verməsi üçün 29 ölkədə 59 seçki qutusu qurulacaq.

Konsulluq qeydiyyatında olan və biometrik məlumatları əldə edilən şəxslər Türkiyənin Ankara, İstanbul və Antalya vilayətlərində səs  verə biləcəklər.

Seçki günü səsvermə yerli vaxtla saat 08:00-da (Türkiyə vaxtı ilə 05.00) başlayacaq və saat 20:00-da başa çatacaq.



Әlaqәli Xәbәrlәr