Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1737716
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 noyabr 2021)

 

  Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1904 yoluxma faktı qeydə alınıb, 1833 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 576 min 703 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 541 min 327 nəfər müalicə olunaraq sağalıb, 7 min 686 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 690 nəfərdir.

  Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 194, bu günə qədər isə ümumilikdə 5 milyon 461 min 573 test icra olunub.

  Noyabrın 23-də Azərbaycanda 36 min 348 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 min 728 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 922 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 328 min 843, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 55 min 303, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 532 min 579 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 740 min 961 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr