Türkmənistan İstanbulda baş tutan Türkdilli Dövlətlərin zirvə görüşünə münasibət bildirib

Türkmənistan Xarici İşlər Nazirliyi, Türkdilli Dövlətlər Təşkilatının İstanbulda keçirilən son zirvə görüşünün Türkmənistan üçün dönüş nöqtəsi olduğunu açıqlayıb.

1734988
Türkmənistan İstanbulda baş tutan Türkdilli Dövlətlərin zirvə görüşünə münasibət bildirib

Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hacıyev paytaxt Aşqabadda mətbuata açıqlamasında noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlər Təşkilatının sammiti barədə danışıb.

Türkmənistanın sammitdə müşahidəçi üzv kimi iştirakının vacibliyini vurğulayan Hacıyev bildirib ki, sammit Türkmənistanın Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələr ilə qarşılıqlı əlaqələri baxımından dönüş nöqtəsi olub. Özləri üçün iqtisadiyyat, ticarət, investisiya, ekologiya, elm başda olmaqla müxtəlif sahələrdə birgə əməkdaşlıq imkanları doğurduğuna diqqət çəkib və Türkdilli Dövlətlər Təşkilatının əhəmiyyətli regional təşkilat kimi dünya xalqlarının mədəni dəyərlərlə birləşməsinə, ölkələr arasında insani münasibətlərin güclənməsinə töhfə  verdiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr