Azərbaycan XİN-i Ermənistanı hücumlara görə qınadı

Azərbaycan Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir...

1735317
Azərbaycan XİN-i Ermənistanı hücumlara görə qınadı

 

  Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan ordusunun sərhəddə törətdiyi hücumları qınadı. Nazirlikdən edilən yazılı şərhdə bildirilir: “Ermənistan ordusunun sərhəddəki təxribatları nəticəsində çıxan qarşıdurmalarda 7 Azərbaycan əsgəri şəhid olub, 10-u yaralanıb.

  Ermənistanın intiqam hissi ilə hərbi təxribatlara davam etməsini şiddətlə qınayırıq.

  Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli razılaşmanın tətbiq olunmasına maneələr törətdiyi üçün birbaşa Ermənistanın hərbi-siyasi hakimiyyəti məsuliyyət daşıyır.

  Azərbaycan qəbul olunmuş beynəlxalq sərhədləri daxilində torpaq bütövlüyünə ünvanlanmış hər cür təhdid və hərbi təxribatlara bundan sonra da lazım olan cavabı verəcək."

  Xatırladaq ki, Ermənistan ordusu Azərbaycan sərhədindəki yüksəklikləri və əlverişli mövqeləri əldə keçirmək məqsədiylə noyabrın 16-da Laçın və Kəlbəcər istiqamətlərində əməliyyata başlayıb. Azərbaycan ordusu da eyni istiqamətdə əməliyyata başlayaraq Ermənistanın hücumlarının qarşısını alıb.

  Qarşıdurmalarda 7 Azərbaycan əsgəri şəhid olub.

  Daha sonra atəşkəs elan edilib.



Әlaqәli Xәbәrlәr