Ağdamda minanın partlaması nəticəsində bir Azərbaycan vətəndaşı həyatını itirdi

AR Ağdam Prokurorluğundan verilən məlumata görə

1734236
Ağdamda minanın partlaması nəticəsində bir Azərbaycan vətəndaşı həyatını itirdi

 

  Azərbaycanın azad etdiyi Ağdam rayonunda ermənilərin işğal dövründə döşədiyi minanın partlaması nəticəsində bir vətəndaş həyatını itirdi.

  AR Ağdam Prokurorluğundan verilən məlumata görə, rayonun Tağıbeyli kəndində torpaqda çalışan bir vətəndaşın basdığı minanın partlamasıyla həlak olduğu bildirilib.

  Qeyd edək ki, İkinci Qarabağ Müharibəsinin bitdiyi 10 noyabr 2020-ci ildən bu yana Ermənistanın işğal dövründə döşədiyi minalar üzündən 33 Azərbaycan vətəndaşı həyatını itirib, 134 adam yaralanıb.



Әlaqәli Xәbәrlәr