Qazaxıstan Hindistan və Qırğızıstanla müntəzəm uçuşları bərpa edir

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyindən bildirilib ki...

1729001
Qazaxıstan Hindistan və Qırğızıstanla müntəzəm uçuşları bərpa edir

 

  Qazaxıstanın “Air Astana” aviaşirkəti Hindistan və Qırğızıstanla müntəzəm uçuşları bərpa edir.

  Noyabrın 15-dən etibarən “Air Astana” Almatı və Dehli arasında həftədə 3 dəfə olmaqla uçuşlar həyata keçirəcək.

  Qazaxıstan Sənaye və İnfrastruktur İnkişaf Nazirliyindən bildirilib ki, yerli aviaşirkət Nur-Sultan və Bişkek arasında reysləri də bərpa edəcək.

  Qeyd olunub ki, aviareyslər sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla həyata keçiriləcək.

  Xatırladaq ki, “Air Astana” aviaşirkəti noyabrın 7-dən Almatı-Bakı reysini bərpa edir.

 



Әlaqәli Xәbәrlәr