Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 oktyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1726350
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 oktyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1358 nəfər müalicə olunaraq sağalıb, 2420 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 524 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 489 min 32 nəfər müalicə olunaraq sağalıb, 6995 nəfər vəfat edib. Aktiv xəstə sayı 28.761 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 827, bu günə qədər isə ümumilikdə 5 milyon 158 min 35 test icra olunub.

   Qeyd edək ki, oktyabrın 28-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 49 min 294 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 min 859, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 435 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 518 min 912, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 154 min 936, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 363 min 976 nəfərdir.



Әlaqәli Xәbәrlәr