Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 sentyabr 2021)

Azərbaycanda son sutkada 1783 nəfər "Covid-19"-a yoluxub, 32 nəfər ölüb.

1706936
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 sentyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1783 yeni yoluxma faktı qeydə alınıb, 3680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 60384 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41073 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 7806235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4570812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3235423 təşkil edir.



Әlaqәli Xәbәrlәr