Şavkat Mirziyoyevin namizədliyi rəsmi olaraq qeydə alınıb

Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi rəsmi olaraq qeydə alınıb.

1706254
Şavkat Mirziyoyevin namizədliyi rəsmi olaraq qeydə alınıb

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Liberal-Demokratik Partiyasından prezident seçkilərində namizədliyi Mərkəzi Seçki Komissiyasında qeydə alınıb.

Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək. Özbəkistan qanunlarına görə ölkədə ancaq siyasi partiyaların liderləri və ya nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər. Liberal-Demokratik Partiyasından başqa ölkədə daha dörd siyasi partiya fəaliyyət göstərir və bu partiyaların liderləri və nümayəndələri də prezident seçkilərinə qatılacaqlar.

Seçkilərdə təbliğat kompaniyasına sentyabrın 20-də başlanacaq.



Әlaqәli Xәbәrlәr