Qazaxıstan ilə Türkiyə arasında ticarət həcmində rekord artım qeydə alındı

Bakıt Sultanov: “30 il ərzində Qazaxıstanla Türkiyə arasında ticarət həcmi 15 dəfə artıb”.

1704580
Qazaxıstan ilə Türkiyə arasında ticarət həcmində rekord artım qeydə alındı

Qazaxıstan Ticarət və İnteqrasiya naziri Bakıt Sultanov Türkiyə-Qazaxıstan arasında ticarət sahəsindəki əlaqələrə münasibət bildirib.

2022-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümünü qeyd edəcəklərini xatırladan Sultanov, iki ölkə arasındakı ticarət əlaqələrinin sürətlə inkişaf etdiyinə diqqət çəkib. 1990 -cı illərin əvvəllərində ticarət həcminin təxminən 200 milyon dollar olduğunu xatırladan Sultanov, bunun 30 ildə 15 dəfə artdığını, hazırda Türkiyənin ən yaxşı 10 ticarət tərəfdaşından biri olduğunu qeyd edib. Cari ilin yanvar-iyun dövründə ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrünə müqayisədə 5,3 faiz artaraq 1 milyard 788 milyon dollara çatdığını ifadə edən Sultanov, bunu qısa müddətdə 5 milyard dollara və uzun müddətdə 10 milyard dollara çatdırmağı planlaşdırdıqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr