Qazilərin Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazi sağalaraq Vətənə geri dönüb.

1703160
Qazilərin Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazi sağalaraq Vətənə geri dönüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, onlar Qurbanov Əbülfət Tanrıverdi oğlu, Rəhimov Ziyəddin Aşur oğlu, Yusifov Alik Elşən oğlu, Novruzov Rəşad Lətif oğlu, Həmidov Mahur Mahir oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Vidadi Ələkbər oğlu, Səlimzadə Tural Vasif oğlu, Atakişiyev Nəriman Qələndər oğlu, Muradov Tanırverdi Mədəd oğlu, İsmayılov Rüfət Fəxrəddin oğludur.

Həmin qazilərin Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən Azərbaycana aparılan, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazi müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.



Әlaqәli Xәbәrlәr