Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1702873
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 sentyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 2972 nəfər müalicə olunaraq sağalıb, 3310 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 442 min 872 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 383 min 682 nəfər müalicə olunaraq sağalıb, 5842 nəfər vəfat edib. Aktiv xəstə sayı 53.348 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 614, bu günə qədər isə ümumilikdə 4 milyon 551 min 520 test icra olunub.  

   Qeyd edək ki, sentyabrın 5-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 60 min 977 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 754 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 235 min 274, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 358 min 794, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 480 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr