Azərbaycan Rusiyaya etiraz bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva etdiyi şərhdə yazıb...

1702882
Azərbaycan Rusiyaya etiraz bildirdi

 

  Azərbaycan Rusiya dövlətinə aid internet saytında "Dağlıq Qarabağ respublikası" ifadəsinin istifadə edilməsinə etiraz bildirdi.

  Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva etdiyi şərhdə yazıb: “Rusiya dövlətinə aid internet saytında "Dağlıq Qarabağ respublikası" ifadəsinin istifadə edilməsilə əlaqədar Rusiya tərəfinə etirazımızı bildiririk. Bu kimi səhv məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq ruhuna uyğun gəlmədiyini Rusiya tərəfinin diqqətinə çatdırırıq.

  Qarşı tərəf problemin texniki bir səhv olduğunu yazaraq bunun aradan qaldırılması üçün lazımlı addımların atılacağını, eyni zamanda, gələcəkdə bu cür mövzulara diqqət yetiriləcəyini ifadə edib.”

  Xatırladaq ki, Rusiyanın dövlət tenderləri rəsmi internet saytındakı elanda Qarabağda Rusiya qüvvələrinin müvəqqəti olduğu bölgəni Azərbaycan torpağı deyil, “Dağlıq Qarabağ respublikası" olaraq yazıb.



Әlaqәli Xәbәrlәr