Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1701003
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 sentyabr 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 3876 nəfər müalicə olunaraq sağalıb, 3876 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 428 min 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 370 min 2 nəfər müalicə olunaraq sağalıb, 5677 nəfər vəfat edib. Aktiv xəstə sayı 53.057 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 102, bu günə qədər isə ümumilikdə 4 milyon 481 min 39 test icra olunub.       

   Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 105 min 699 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 min 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 731 nəfərdir.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 911 min 439, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 179 min 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 731 min 755 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr