Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1696645
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 1644 nəfər müalicə olunaraq sağalıb, 3583 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 398 min 34 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 348 min 454 nəfər müalicə olunaraq sağalıb, 5370 nəfər vəfat edib. Aktiv xəstə sayı 44.210 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 508, bu günə qədər isə ümumilikdə 4 milyon 344 min 428 test icra olunub.      

   Qeyd edək ki, avqustun 24-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 78 min 949 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59 min 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 838 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 249 min 673-ə, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 772 min 533, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 477 min 140 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr