Məhərrəm ayı Türkiyədə 9, Azərbaycanda 10 avqustdan başlanır

"Azərbaycanda məhərrəm ayı avqustun 10-da başlayır. Həmin tarixdən 60 gün sonra məhərrəmlik başa çatır”, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib

1687566
Məhərrəm ayı Türkiyədə 9, Azərbaycanda 10 avqustdan başlanır

 

   Hicri 1443-cü ili Türkiyə və bir çox müsəlman ölkələrində 9 avqust, Azərbaycan və İranda isə 10 avqustda məhərrəm ayının başlanması ilə təhvil olur.

  Son peyğəmbər Həzrəti Məhəmməd və səhabələrinin 1443-cü ildə Məkkədən Mədinəyə hicrəti İslam aləmində hicri təqviminin başlanğıcı sayılır.  

  Məhərrəm ayının başladığını bildirən aypara bu il ilk dəfə Şimali Amerika qitəsinin üzərindən görünəcək.

  Türkiyədə məhərrəm ayında oruc tutulur, 10-cu gün aşura bişirilib paylanılır, Kərbəlada Həzrəti Məhəmmədin nəvəsi Həzrəti Hüseyn ilə şəhid olan yaxınları yad edilir.

  "Azərbaycanda məhərrəm ayı avqustun 10-da başlayır. Həmin tarixdən 60 gün sonra məhərrəmlik başa çatır”, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

  Hacı Şahin bildirib: “Məhərrəmlik matəm ayı sayılır. Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar əsrlərdir Azərbaycanda şadlıq mərasimləri keçirmirlər. Ona görə də güman etmirəm ki, məhərrəm və səfər aylarında insanlar toy etsin. Hər bir halda camaat yəqin ki, həmişə olduğu kimi buna riayət etməyə çalışacaqlar”.



Әlaqәli Xәbәrlәr