Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1686346
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (5 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 219 nəfər müalicə olunaraq sağalıb, 1196 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 348 min 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 333 min 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 046, bu günə qədər isə ümumilikdə 4 milyon 83 min 746 test icra olunub.

  Qeyd edək ki, avqustun 5-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 63 min 623 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 39 min 940, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 23 min 683 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 251 min 51-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 53 min 560, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 197 min 491 nəfərdir.



Әlaqәli Xәbәrlәr