Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1685701
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (4 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasından daha 202 nəfər müalicə olunaraq sağalıb, 996 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 346 min 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 333 min 694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib. Aktiv xəstə sayı 8145 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10.465, bu günə qədər isə ümumilikdə 4 milyon 70 min 700 test icra olunub.

  Qeyd edək ki, avqustun 4-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 68 min 21 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41 min 934, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 26 min 87 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 187 min 428-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 13 min 620, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 173 min 808 nəfərdir.



Әlaqәli Xәbәrlәr