Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1685046
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (3 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 225 nəfər müalicə olunaraq sağalıb, 931 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 345 min 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 333 min 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib. Aktiv xəstə sayı 7356 nəfərdir.

   Qeyd edək ki, avqustun 3-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 77 min 785 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 47 min 560, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 30 min 225 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 119 min 407-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 971 min 686, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 147 min 721 nəfərdir.



Әlaqәli Xәbәrlәr