Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 avqust 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1683631
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 avqust 2021)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 202 nəfər müalicə olunaraq sağalıb, 671 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkədə 338 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub.

  Analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

  İndiyədək ölkədə ümumilikdə 344 min 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 128 nəfər müalicə olunaraq sağalıb, 5027 nəfər vəfat edib. Aktiv xəstə sayı 6365 nəfərdir.

  Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9400, bu günə qədər isə ümumilikdə 4 milyon 43 min 740 test aparılıb.   

  Qeyd edək ki, avqustun 1-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 68 min 416 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 min 70 nəfər təşkil edib.

  Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 40 min 778, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 923 min 477, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 117 min 301 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr