Şəkidə Şəhid Ailələrinin Birinci Maarifləndirici Tur Aksiyası keçirildi

Natiqlər vurğulayıblar ki, şəhid ailələrinə hörmət və mənəvi dəstəyi ifadə etmək üçün bu cür maarifləndirici-tur aksiyaların keçirilməsi olduqca vacibdir

1680235
Şəkidə Şəhid Ailələrinin Birinci Maarifləndirici Tur Aksiyası keçirildi

 

  Azərbaycan Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində Şəhid Ailələrinin Birinci Maarifləndirici Tur Aksiyası keçirildi.

  Maarifləndirici-tur aksiyada şəhid ailələri başda olmaqla, Şəki Şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvlər iştirak və çıxış ediblər.

  Çıxış edənlər ölkə prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid və ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar. Natiqlər vurğulayıblar ki, şəhid ailələrinə hörmət və mənəvi dəstəyi ifadə etmək üçün bu cür maarifləndirici-tur aksiyaların keçirilməsi olduqca vacibdir.

  Aksiya ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin layihələr üzrə koordinatoru Məhəmməd Məmmədov mətbuata açıqlamasında bildirib: “Şəhid ailələrinə diqqət və qayğı istiqamətində maarifləndirici-tur aksiyanı həyata keçirməkdə əsas məqsəd 30 il həsrətini çəkdiyimiz tarixi əbədi və əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq müqəddəs şəhidlik şəhadətinə qovuşmuş şəhidlərə hörmət və minnətimizi göstərmək, ailələrinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən görülən uğurlu işlərə ictimai təkan olmaqla mənəvi dəstək verməkdir. Birlik tərəfindən şəhid və ailələri, qazilər və Vətən Müharibəsi iştirakçılarına sosial və mənəvi dəstək yönümlü layihə və tədbirlər bundan sonra da uğurla davam etdiriləcək”.



Әlaqәli Xәbәrlәr