AK Partiya heyəti Azərbaycanda səfərdədir

Şəhidlikləri ziyarətdən sonra mətbuat nümayəndələrinə şərhində AK Partiya ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələri daha da gücləndirmək üçün Bakıda olduqlarını söyləyən N.Kurtulmuş deyib...

1680327
AK Partiya heyəti Azərbaycanda səfərdədir

 

  Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) başqan vəkili Numan Kurtulmuşun sədrliyi ilə AK Partiya heyəti nümayəndələri rəsmi görüşlər üçün getdikləri Azərbaycanda əvvəlcə şəhidliklərə baş çəkiblər.

  N.Kurtulmuş və bərabərindəki heyət mərhum dövlət başçısı Heydər Əliyevin məzarına əklil qoyduqdan sonra 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanı və Qafqaz İslam Ordusu şəhidlərinin təmsili məzarlığı olan Bakı Türk Şəhidliyini ziyarət ediblər.

  Numan Kurtulmuş Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb.

  Şəhidlikləri ziyarətdən sonra mətbuat nümayəndələrinə şərhində AK Partiya ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələri daha da gücləndirmək üçün Bakıda olduqlarını söyləyən N.Kurtulmuş deyib: “Türkiyə ilə Azərbaycan arasında əlaqələr mükəmməl şəkildə davam edir. Ermənistanın Azərbaycan torpaqlarını işğalına qarşı 44 gün davam edən şanlı mübarizədə Türkiyə xalqı bütün gücüylə Azərbaycanın yanında oldu. Ölkə başçımız Rəcəb Tayyib Ərdoğan ilk gündən etibarən Azərbaycanın Qarabağdakı işğalı sonlandırması üçün verdiyi mübarizəyə dəstəyini göstərdi.

  Azərbaycan prezidenti İlham Əliyevin duruşu və xalqın cəsarəti uzun illər sürən işğala son qoydu.

  Müharibədə şəhid olanlara Allahdan rəhmət diləyirik”.



Әlaqәli Xәbәrlәr