İmamali Rәhman: ‘‘Şanxay Әmәkdaşlıq Tәşkilatı ilә әmәkdaşlıq etmәyә davam edәcәyik’’

Tacikistan prezidenti İmamali Rәhman ölkәdәki terrorla vә çәtinliklәrlә  mübarizә aparmaq üçün Şanxay Әmәkdaşlıq Tәşkilatı ilә әmәkdaşlıq etmәyә davam edәcәklәrini deyib.

1674251

İ.Rәhman Şanxay Әmәkdaşlıq Tәşkilatının qurulmasının  20-ci ildönümü münasibәtilә verdiyi bәyanatda Tacikistanın çoxtәrәfli diplomatiya sahәsindә Şanxay Әmәkdaşlıq Tәşkilatı daxilindә münasibәtlәrin inkişaf etdirilmәsinә xüsusi әhәmiyyәt verdiyini  vә ölkәsinin Şanxay Әmәkdaşlıq Tәşkilatına üzv ölkәlәrlә münasibәtlәri güclәndirmәk istәdiyini vurğulayıb.

İmamali Rәhman Tacikistanın xüsusilә terrorizm, ekstremizm, narkotik ticarәti vә digәr cinayәtlәrlә mübarizә aparmaq üçün Şanxay Әmәkdaşlıq Tәşkilatı ilә әmәkdaşlığını davam etdirәcәyini qeyd edib.

Rәhman Şanxay Әmәkdaşlıq Tәşkilatı zirvә görüşünün 2021-ci ilin 16-17 sentyabr tarixlәrindә Düşәnbәdә keçirilәcәyini deyib.

Әlaqәli Xәbәrlәr