Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 iyul)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1673220
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 iyul)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 57 nəfər müalicə olunaraq sağalıb, 136 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 337 min 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 330 min 725 nəfər müalicə olunaraq sağalıb, 4984 nəfər vəfat edib. Aktiv xəstə sayı 1202 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 842 min 136 test aparılıb. Bugünkü test sayı isə 10 min 463-dür.

  İyulun 10-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 53 min 606 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21 min 173, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 32 min 433 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 069 min 218-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 459 min 102, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 610 min 116 nəfərdir.

 



Әlaqәli Xәbәrlәr