“Kiprdə federasiya dəftəri bağlanmışdır”, E.Tatar

Malatyada şərhlər verən E.Tatar deyib...

1670581
“Kiprdə federasiya dəftəri bağlanmışdır”, E.Tatar

 

  Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar ölkənin bu gün tanınmada bəzi çətinlikləri olduğunu söyləyib: "Gün gələr, o tanınma da gələr. İndi əhəmiyyətli olan siyasətin möhkəmlənməsi və inkişafıdır".

  Malatyada şərhlər verən E.Tatar deyib: "Türkiyə cümhuriyyəti ilə birlikdə meydana gətirdiyimiz siyasət nəticəsində bu gün Kiprdə iki ayrı suveren və müstəqil dövlət var. Federasiya dəftəri bağlanmışdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzuda mənə hər zaman dəstək verir.

  ŞKTR-in tanınmasında bəzi çətinliklər var. Qıbrız ayrıca bir dövlətdir. Kiprdə iki fərqli xalq var. O xalqdan biri türk xalqıdır. Türkiyə ilə bu şəkildə siyasi bir əlaqə olduğunu bütün dünya bilir. Bu səbəbdən də madam bütün dünya bunu bilir, gün gəlir o tanınma da gələr. İndi əhəmiyyətli olan siyasətin möhkəmlənməsi və inkişafıdır."



Әlaqәli Xәbәrlәr