Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1664884
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 iyun)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 89 nəfər müalicə olunaraq sağalıb, 65 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 335 min 741 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 329 min 959 nəfər müalicə olunaraq sağalıb, 4967 nəfər vəfat edib. Aktiv xəstə sayı 815 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 713 min 779 test aparılıb. Bugünkü test sayı isə 7728-dir.     

  Qeyd edək ki, iyunun 25-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 72 min 301 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 972, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 36 min 329 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 218 min 651-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 70 min 526, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 148 min 125 nəfərdir.



Әlaqәli Xәbәrlәr