Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1663440
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 iyun)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 84 nəfər müalicə olunaraq sağalıb, 57 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 335 min 625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 329 min 794 nəfər müalicə olunaraq sağalıb, 4965 nəfər vəfat edib. Aktiv xəstə sayı 866 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 698 min 172 test aparılıb. Bugünkü test sayı isə 7948-dir.     

  Qeyd edək ki, iyunun 23-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 47 min 824 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25 min 682, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 142 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 80 min 340-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 993 min 612, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 82 min 728 nəfərdir.



Әlaqәli Xәbәrlәr