Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1661598
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 iyun)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 88 nəfər müalicə olunaraq sağalıb, 56 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan 1 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 335 min 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 329 min 550 nəfər müalicə olunaraq sağalıb, 4962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 675 min 862 test aparılıb. Bugünkü test sayı isə 7581-dir.  

  Qeyd edək ki, iyunun 20-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 32 min 795 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 993, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 14 min 802 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 2 milyon 989 min 458-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 949 min 635, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 039 min 823 nəfərdir.



Әlaqәli Xәbәrlәr