Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1661234
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 iyun)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 123 nəfər müalicə olunaraq sağalıb, 38 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

  Hazırkı dövrədək ölkədə 335 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 329 min 462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat edib. Aktiv xəstə sayı 1014 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 668 min 281 test aparılıb. Bugünkü test sayı isə 7254-dür.

  Qeyd edək ki, iyunun 19-da Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 40 min 704 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 837, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 17 min 872 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 2 milyon 956 min 663-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 931 min 642, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 025 min 021 nəfərdir.



Әlaqәli Xәbәrlәr