Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1660114
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 iyun)

 

  Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 48 yeni yoluxma faktı qeydə alınıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

  Hazırkı dövrədək ölkədə 335 min 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 329 min 191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. Aktiv xəstə sayı 1189 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 653 min 74 test aparılıb. Bugünkü test sayı isə 8162-dir.

  Qeyd edək ki, iyunun 17-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 38 min 556 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25 min 546, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13 min 10 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 877 min 878-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 885 min 31, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir.



Әlaqәli Xәbәrlәr