Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1658634
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 iyun)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 68 nəfər yoluxub, 177 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 335 min 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 328 min 876 nəfər müalicə olunaraq sağalıb, 4958 nəfər vəfat edib. Aktiv xəstə sayı 1430 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 637 min 889 test aparılıb. Bugünkü test sayı isə 10.316-dır.   

  Qeyd edək ki, iyunun 15-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 40 min 705 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31 min 850, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 8 min 855 nəfər olub.

  Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 816 min 346-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 842 min 954, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 973 min 392 nəfərdir.



Әlaqәli Xәbәrlәr