Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1657834
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 iyun)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 25 nəfər yoluxub, 119 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “Covid-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

  Hazırkı dövrədək ölkədə 335 min 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 328 min 699 nəfər müalicə olunaraq sağalıb, 4955 nəfər vəfat edib. Aktiv xəstə sayı 1542 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 627 min 573 test aparılıb. Bugünkü test sayı isə 5074-dür.   



Әlaqәli Xәbәrlәr