Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə

1656925
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (13 iyun)

 

  Azərbaycan respublikasında sutka ərzində koronavirus infeksiyasına 45 nəfər yoluxub, 182 nəfər müalicə olunaraq sağalıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkədə 335 min 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 328 min 580 nəfər müalicə olunaraq sağalıb, 4953 nəfər vəfat edib. Aktiv xəstə sayı 1638 nəfərdir.

  Ötən müddət ərzində 3 milyon 622 min 499 test aparılıb. Bugünkü test sayı isə 7389-dur.   

  Qeyd edək ki, iyunun 13-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 32 min 452 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 27 min 351, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 101 nəfər olub.

  Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 775 min 319-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 810 min 857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 462 nəfərdir.



Әlaqәli Xәbәrlәr