97 min minanın xəritəsi müqabilində 15 erməni

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir...

1656780
97 min minanın xəritəsi müqabilində 15 erməni

 

  Azərbaycan 97 min minanın xəritəsi müqabilində Qarabağda əsir götürülən 15 ermənini təhvil verdi.

  Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Ermənistanın Azərbaycana bir vaxtlar işğal edilmiş Ağdam rayonunda yerləşdirilən 97 min tank və piyada əleyhinə minaların xəritəsini təqdim etdiyi bildirilir.

  Azərbaycan tərəfi də ölkədə saxlanılan 15 Ermənistan vətəndaşını təhvil verib. Ekstradisiya prosesi Azərbaycan-Gürcüstan sərhəd xəttində həyata keçirilib.

  Azərbaycan Respublikası Gürcüstan hökuməti və baş naziri İrakli Qaribaşviliyə bu məsələdə göstərdikləri dəstəyə görə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr