Qazaxıstan Türkiyə ilə əlaqələrini hər sahədə inkişaf etdirmək istəyir

Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly Türkiyənin Qazaxıstana ən çox investisiya yatıran ilk 10 ölkə arasında olduğunu bildirib.

1655645
Qazaxıstan Türkiyə ilə əlaqələrini hər sahədə inkişaf etdirmək istəyir

Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly Türkiyənin Qazaxıstana ən çox investisiya yatıran ilk 10 ölkə arasında olduğunu bildirib.

A. Saparbekuly Səfirlikdə mətbuata açıqlamasında Türkiyənin Qazaxıstanı şərqə, Qazaxıstanin isə Türkiyəni qərbə, Orta Şərqə və Afrikaya bir qapı olaraq gördüyünə işarə edərək deyib ki, Qazaxıstan Türkiyənin də əhəmiyyət verdiyi orta dəhlizi daha da inkişaf etdirmək istəyir. 
Bu mövzuda Türkiyə, Qazaxıstan və Azərbaycan kimi ölkələrin iştirakı ilə bir toplantı təşkil ediləcək. Hədəfimiz Qazaxıstan-Türkiyə münasibətlərini hər sahədə yaxşılaşdırmaqdır. Keçən il Qazaxıstandakı Türk investisiyaları üçün çox əhəmiyyətli bir il oldu. 2019-cu ildə müstəqillik tarixində ən böyük Türk sərmayəsini cəlb edən Qazaxıstanda bu rekord keçən il yeni növ koronavirusa baxmayaraq yenə qırıldı.
Türkiyənin Qazaxıstana ən çox investisiya yatıran ilk 10 ölkə arasında olduğunu söyləyən Saparbekuly "Türkiyə Qazaxıstanı şərqə, Qazaxıstan isə Türkiyəni qərbə, Orta Şərqə və Afrikaya qapı olaraq görür" deyib.

Saparbekuly Malatya, Kayseri, Konya və Mersin kimi şəhərlərdə yerləşən bəzi şirkətlərin bu il Qazaxıstanda 10 fabrik açmağı gözlədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr