Türkiyə və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Türkiyə və Azərbaycanın Xarici İşlər Nazirlikləri (XİN) arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.

1655629
Türkiyə və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Paytaxt Ankarada Türkiyə və Azərbaycanın Xarici İşlər Nazirlikləri (XİN) arasında iki ölkənin xarici işlər nazir müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran və xarici işlər nazirinin müavini Sedat Önalla Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun görüşü baş tutub.

Görüşlər zamanı iki qardaş ölkə arasında ikitərəfli münasibətlər müzakirə olunub, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr