Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyəyə gələcək

Qırğızıstan Prezidenti Sadır Japarovun 9-11 iyun tarixlərində Türkiyəyə rəsmi səfər edəcəyi bildirilib.

1653553
Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyəyə gələcək

Qırğızıstan Prezidenti Sadır Japarovun 9-11 iyun tarixlərində Türkiyəyə rəsmi səfər edəcəyi bildirilib.

Qırğızıstan Prezident Aparatının Xarici Siyasət şöbəsinin müdiri Dastan Düşekeyev Prezident Sadır Japarovun rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyini bildirib.

Düşekeyev iki liderin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində mövcud məsələlərlə yanaşı ikitərəfli və çoxtərəfli əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparacaqlarını qeyd edib.

Səfər çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə Qırğızıstan və Türkiyə Strateji Əməkdaşlıq Ali Şurasının 5-ci iclasının keçiriləcəyini qeyd edən Düşekeyev Japarovun Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ilə də bir araya gələcəyini söyləyib.

Düşekeyev Japarovun Qırğızıstan-Türkiyə İş Forumunda iş adamlarına müraciət edəcəyini və Qırğızıstan vətəndaşları, tələbələr və paytaxt Ankarada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr